Tətil və iş məqsədli səyahətlərinizə fərqlilik qatan KTÜ Koru Otel hava limanına və avtobus terminalına 5 dəqiqə məsafədədir. Trabzonun populyar turizm destinasiyalarına asan çatım təmin edə biləcəyiniz KTÜ Koru Otel şəhərin ən böyük ticarət mərkəzinə (Trabzon Forum) yalnız piyada məsafəsində, trafikdən uzaq, yaşıllıq və dənizlə iç-içə bir məkanda yerləşir, həmçinin təhlükəsiz, geniş, pulsuz avtomobil dayanacağına malikdir. Otağlarımızın hamısı qonaqlarımızın rahatlığı, ehtiyacı və gözləntiləri nəzərə alınaraq təchiz olunmuşdur. Otağlarımızda kondisioner, LCD televizor, telefon, elektron seyf, internet, mini bar, çay, qəhvə dəsti xidməti mövcuddur. Mərkəzi istilik sistemi ilə 24 saat isti su var. Dəniz mənzərəli restoranımızda xoş sifətli, keyfiyyətli xidmət və qüsursuz servis anlayışı ilə əziz qonaqlarımıza günə gözəl başlanğıc verəcək səhər yeməyi məmnuniyyəti təqdim olunur.
Səhər yeməyi boyunca açıq büfe xidməti verən KTÜ Koru Otel əsas restoranında istəyə görə Qara dəniz regionuna məxsus dadlar təqdim olunur və qəbul etdiyimiz qruplara nahar və şam yeməkləri də xidmət edilir. Otelimizin təcrübəli komandası, texniki avadanlıqları və catering dəstəyi ilə təşkilatlarınız ən yaxşı şəkildə hazırlanır. Otelin ön cəbhəsində yerləşən Olimpiyat Kafe bənzərsiz dəniz mənzərəsi ilə qonaqlarımızın xoş vaxt keçirmələrini təmin edir. Kafemizdə yerli yeməklər, salat, ızgara və meze çeşidləri, hamburger, tost, pizza və s. yemək xidməti də verilir. Otelimizdə, adlarını bölgəmizin turistik destinasiyalarından alan Salon Uzungöl və Salon Sümela adlı hər biri 35 nəfər tutumlu 2 ədəd seminar zalı var. Seminar zallarımızda kompüter, pərdə və proyektor mövcuddur.