GARANTİLİ MEMNUNİYYƏT….
Türk Rivierası’nda istirahət zövqü unudulmaz xatirələrə çevrilir...
Porto Bello Hotel Resort & Spa, Aralıq dənizi bölgəsinin ən uzun sahillərindən olan Konyaaltı Plajı üzərində; Torosların möhtəşəm təbiət örtüyünün ətəyində, şəhər mərkəzinə yaxınlığı ilə Antalyanın ən sevilən yerindədir.
Porto Bello Hotel Resort& Spa Aralıq dənizinin ən uzun və dünyanın ən məşhur sahillərindən olan Konyaaltıda 150 metrlik xüsusi plajı ilə istirahət gözləntilərinizi yüksəldir.
Porto Bello Hotel Resort & Spa-da cəmi 346 otaq var. 282 Standart Otaq, 48 Ailə Otağı, 8 Junior Suit, 8 Senior Suit olmaqla, otaqlarımızın hamısı rahat istirahət yaşatmaq üçün dizayn edilmişdir.
Rahatlıq gözləntilərinizin çox üstündə hazırlanmış otaqlarımızda Aralıq dənizinin mənzərəsindən doymayacaq, hər gün gün doğuşunu zövqlə qarşılayaraq unudulmaz istirahət xatirələri toplayacaqsınız.